image-n1karobka_ads
image-123
image-inshot_20240623_224238289backend

İran prezidenti seçkisi Türkiyə şəhərlərində də keçiriləcək

İranda 14-cü prezident seçkisi üçün Türkiyənin yeddi şəhərində səkkiz seçki məntəqəsi təşkil olunacaq.

Bununla bağlı, İranın Ankaradakı səfirliyi məlumat yayıb.

“İran İslam Respublikasının 14-cü prezident seçkisinin 2024-cü il 28 iyun tarixində keçirilməsi ilə eyni vaxtda, həmvətənlərimizin seçkidə iştirakını asanlaşdırmaq məqsədilə Ankara, İstanbul, Ərzurum, Trabzon, İzmir, Antalya və Van şəhərlərində seçki məntəqələrinin açılması nəzərdə tutulur”, – səfirlikdən bildirilib.

Mənbə: Azad İran

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki