İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib ki, İran hökuməti Rusiya prezidenti Vladimir Putinin Tehrana səfərinə fəal şəkildə hazırlaşır.
“Hazırda Putinin Tehrana səfəri üzərində iş gedir, hazırlıq gedir”.
Aprelin ortalarında Moskvada danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya liderinin İrana səfərinin 2025-ci ildə baş tutacağına ümid etdiyini bildirib.
Əraqçi vurğulayıb ki, Rusiya və İran münasibətlərinin bütün tarixində əməkdaşlığın zirvəsindədir.
DOĞRU.AZ