image-n1karobka_ads
image-123
image-69670d4102e8bd48a67fd06fbackend

İran radikal internet QƏRARI VERDİ

image-ad_qayo_720x110px

Xarici KİV-in məlumatına görə, İran rəhbərliyi internet üzərində nəzarəti daha da sərtləşdirmək niyyətindədir.

Doğru.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Məlumata əsasən, İran artıq ölkə daxilində istifadə üçün xüsusi “ağ siyahı” formalaşdırıb. Sözügedən siyahıya yerli axtarış sistemləri, xəritə xidmətləri, mesajlaşma tətbiqləri, eləcə də yalnız dövlət tərəfindən təsdiqlənmiş videoların yayımlanmasına icazə verilən platformalar daxil edilib. Hakimiyyət qlobal internet resurslarının istifadəsini mərhələli şəkildə məhdudlaşdırmağı planlaşdırır.

Rəqəmsal hüquqlar üzrə ekspert Əmir Rəşidi mövzu ilə bağlı açıqlamasında bildirib ki, İran faktiki olaraq ölkə daxilində “internetin skelet versiyasını” idarə edir. Onun sözlərinə görə, bu sistem yalnız əsas dövlət xidmətlərini və rəsmi platformaları əhatə edir, vətəndaşların sərbəst informasiya əldə etmək imkanlarını isə ciddi şəkildə məhdudlaşdırır.

Qeyd olunur ki, bu addımlar ölkədə son dövrlər artan sosial-iqtisadi gərginlik fonunda atılır. Belə ki, 2025-ci ilin sonlarında İranda yaşayış qiymətlərinin kəskin bahalaşması, milli valyutanın dəyərdən düşməsi və əhalinin sosial vəziyyətinin pisləşməsi genişmiqyaslı etirazlara səbəb olub. Hakimiyyətin internetə nəzarəti gücləndirməsi isə etirazların təşkilində sosial şəbəkələrin rolunu azaltmaq məqsədi daşıyır.

Müşahidəçilər hesab edirlər ki, qlobal internetdən mümkün ayrılma İran cəmiyyətində informasiya azadlığını daha da məhdudlaşdıracaq və ölkənin beynəlxalq informasiya məkanından təcridini dərinləşdirəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki