image-2000x150px
image-123
image-ads_atlas
image-b9f95f34-0537-3f3b-a758-014d7eb872de_850backend

İran şahının oğlu İsrailə səfər edəcək

image-728x90px

İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi yaxın günlərdə İsrailə səfər edəcək.

Bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Rza Pəhləvini İsrailin kəşfiyyat naziri Qila Qamliel qəbul edəcək.

Bildirilir ki, səfər çərçivəsində R.Pəhləvi bu il aprelin 17-dən 18-dək İsraildə qeyd olunan Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü ilə bağlı rəsmi mərasimlərdə iştirak edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki