image-2000x150px
image-123
image-ads_atlas
image-17199490536040815477_1200x630backend

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

image-728x90px

“Azərbaycanda səfərdə olan və yaşayan İran vətəndaşlarına iyunun 28-də keçirilmiş prezident seçkilərində iştirak üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkür edirik”.

AZƏRTAC xəbər verir ki, bu fikir İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda vurğulanıb. Qeyd olunub ki, İranda keçirilən prezident seçkilərinin birinci turunda seçicilər fəal iştirak ediblər.

“Səfirliklə əməkdaşlıq edərək iranlı seçicilərin seçkilərdə iştirakı üçün yaratdığı imkanlara görə Azərbaycana dərin təşəkkürümüzü bildiririk”-Bəyanatda bildirilib.

Bəyanatda nəzərə çatdırılıb ki, prezident seçkilərinin ikinci turunda səsvermə iyulun 5-də saat 8:00 başlayacaq və saat 18:00-a kimi davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki