İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran öz səfirini ölkədən çıxarmaqla Avstraliya ilə diplomatik münasibətlərinin səviyyəsini aşağı salıb.
Doğru.az xəbər verir ki, Bəqai qərarın Avstraliyadakı İran səfirliyinin bağlanmasına cavab olaraq qəbul edildiyini qeyd edib: “Avstraliyanın hərəkətlərinə cavab olaraq İran İslam Respublikası Avstraliyanın İrandakı diplomatik mövcudluğunun səviyyəsini qarşılıqlı olaraq aşağı salıb. Avstraliya səfiri İrandan qovulub”.
Bundan əvvəl Bəqai Qərb ölkələrini terror qruplaşmalarını dəstəklədiklərinə görə məsuliyyətə cəlb etməyə çağırıb.
DOĞRU.AZ