image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-24t120710-312backend

İranda hökumət qüvvələrinin açdığı güllə idmançını gözündən etdi 

image-728x90px

İranın oxatma üzrə yığmasının qadın üzvü hökumət qüvvələrinin açdığı atəşlə bir gözünü itirib.

Kirmanşah şəhərinin Tağbostan bulvarında güllə yarası alan Mehbanu Xoşnudi Kia sol gözündən məhrum olub.

27 yaşlı Mehbanu (Kövsər) Xoşnudi Kia İranın oxatma üzrə qadınlardan ibarət yığma komandasının üzvüdür və 2021-cü ildə oxatma üzrə Asiya turnirində ikinci yerə çıxıb.

Qeyd edək ki, son bir neçə ayda İranın hökumət qüvvələri vətəndaşların gözlərini kor etmək niyyəti ilə dəfələrlə və məqsədyönlü şəkildə ov tüfəngi və peyntbollarla onların üz nahiyəsinə atəş açıblar. Bu idmançı xanım da hakimiyyətin xalqı qorxutmaq və sıxışdırmaq üçün bu qəddar və qeyri-insani metodunun qurbanına çevrilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki