İranın ali dini liderinin müşaviri Əli Şamxani İsrailin hücumundan sonra sağ olduğunu, lakin ağır yaralandığını bildirib.
Bu barədə Tasnim yazır.
Agentliyin məlumatına görə, Əli Şamxani iyunun 13-də səhər saatlarında İsrailin evinə hücumundan sonra ağır xəsarətlərlə xəstəxanaya aparılıb və vəziyyəti stabildir.
O, həmçinin İranın ali rəhbərinə mesaj göndərərək, onun “diri olduğunu və özünü qurban verməyə hazır olduğunu” bildirib.
Bundan əvvəl İsrail Müdafiə Nazirliyi əməliyyatın məqsədlərindən biri kimi İran lideri Ayətullah Əli Xameneinin məhv edilməsini göstərmişdi.
DOĞRU.AZ