image-n1karobka_ads
image-123
image-684c1226ae5ac93f3067662ebackend

İranın Həmədan aviabazasının yaxınlığında “dəhşətli səslər”in gəldiyini bildirib

İranın Həmədan şəhərinin əvvəllər qırıcı təyyarələrin yerləşdiyi eyniadlı hərbi-hava qüvvələri bazasının yerləşdiyi ərazidə “dəhşətli səslər” eşidilib.

Bu barədə İranın Mehr agentliyinin müxbiri məlumat verib.

“Bir neçə dəqiqə əvvəl Həmədan bölgəsində dəhşətli səslər eşidilib. Onlar aviabazanın ərazisində eşidilib”, – postda deyilir.

İyunun 13-nə keçən gecə İsrail Silahlı Qüvvələri İran ərazisinə zərbələr endirib. Müxtəlif hərbi obyektlər, o cümlədən Natanzdakı nüvə sənayesi obyekti zədələnib.

Son məlumata görə, ən azı altı iranlı nüvə alimi İDF-nin zərbələrinin qurbanı olub. Reuters yazır ki, İranın 20-yə yaxın yüksək rütbəli komandiri öldürülüb.

Həlak olanlar arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri , İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami və SEPAH Aerokosmik Qüvvələrinin baş komandanı Əli Hacızadə də var.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki