image-2000x150px
image-123
image-ads_atlas
image-1412555backend

İranın yeni Prezidenti İlham Əliyevi təbrik edib

image-728x90px

İran İslam Respublikasının yeni Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Doğru.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Seyid İbrahim Rəisi Prezident İlham Əliyevdən səmimi təbrik məktubu almasından məmnunluq ifadə edərək bildirib ki, iki dost, qardaş və qonşu ölkənin əlaqələri xalqlarımızım qardaşlıq bağlarına, ortaq mədəniyyətinə və tarixinə söykənir.

Rəisi sonra işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Prezident Əliyevi təbrik edib.

Prezident bildirib ki, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki