Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və eyni zamanda ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır, baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Biz sülh sazişinin bağlanmasını və eyni zamanda ATƏT-in Minsk Qrupunun buraxılmasını təklif edirik. Yəni hər iki sənədin eyni gündə imzalanmasını təklif edirik”, – agentlik Paşinyandan sitat gətirir.
Onun sözlərinə görə, əgər Ermənistan “Dağlıq Qarabağ münaqişəsinin səhifəsini” bağlayırsa, o zaman onun həlli ilə məşğul olan Minsk qrupunun işini davam etdirməyin mənası yoxdur.
Paşinyan həmçinin qeyd edib ki, Bakının Dağlıq Qarabağın adının çıxarılaraq Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi əsassızdır.
DOĞRU.AZ