image-2000x150px
image-123
image-ads_atlas
image-sojjenie-flaga-azerbaijan-erevanbackend

İrəvanda bayrağımızın yandırılması: Azərbaycan manevr imkanlarını genişləndirir – ŞƏRH

image-728x90px

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması Ermənistan hakimiyyətinin üzərinə məsuliyyət qoyur.

Ermənistan hakimiyyəti beynəlxalq tədbirdə təhlükəsizliyi təmin edə bilməyib və beləcə, azərbaycanlı idmançıların həyatı üçün təhdid yaranıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi idmançılarımızın geri qaytarılması barədə qərar qəbul etdiklərini açıqlayıblar.

Ermənistan hakimiyyətindən tələb olunub ki, azərbaycanlı atletlərin təhlükəsiz şəkildə geri qaytarılmasını təmin etsin.

Hadisəyə görə Ermənistan cəmiyyəti də iki yerə bölünüb, bir qisim bayrağı yandıran Aram Nikolyana haqq qazandırır, digər qisim isə hərəkəti pisləyir.

Ermənistan hakimiyyəti isə hadisəni törədən şəxsin əməlinin hüquqi tövsifini etmir, dolayı yolla Aram Nikolyanın əməlinə şərik çıxdığını göstərir.

Azərbaycan hadisəni isti-isti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, məsələnin beynəlxalq təşkilatlar çərçivəsində müzakirəsi və İrəvanı cəzalandırmaq qərarı çıxarılması üçün işlər görür.

Hadisəyə idman yarışlarındakı adi təhlükəsizlik qaydasının pozulması kimi yanaşmaq lazım deyil. Bayrağa qarşı hörmətsizlik Azərbaycanın regionda yeni reallıqlar yaratmasına əsəbiləşən dairələrin ümumi obrazıdır.

Ermənistan hakimiyyətinin özündə də ikitirəlik olmasını istisna etmək olmaz. Bir tərəfdən, hakimiyyətdə Azərbaycanla, Türkiyə ilə münasibətlərə loyal mövqe tutanlar narahatdırlar. Çünki adekvat addımlardan xoflanırlar. Digər yandan isə revanşist hisslərlə alışıb-yananlar bu hadisəyə əl çalırlar.

Hadisə daha çox Ermənistan cəmiyyətini parçalayır, ölkədəki siyasi və intellektual böhranı dərinləşdirir.

Baş nazir Nikol Paşinyan dərinləşən böhranı çiyninə götürməklə Azərbaycanla danışıqlara getməyin ölkəsi üçün yaradacağı fəsadları barədə düşünür.

Çünki danışıqlarda Azərbaycan tərəfi sülhə əngəl yaradan revanşist meyilləri göstərmək üçün daha bir şans qazanır.

Həmçinin Azərbaycanın Ermənistandakı millətçi əhvali-ruhiyyənin alovunu söndürmək üçün manevr imkanları çoxalır…

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki