image-2000x150px
image-123
image-ads_atlas
image-news_20210809122354backend

İş adamı üzləşdiyi haqsızlığa görə Prezidentə müraciət etdi – VİDEO

image-728x90px

Sahibkar Cəmil Quliyev Azərbaycan Respublikasının Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya və hüquq mühafizə orqanlarına üzləşdiyi haqsızlıqla bağlı video müraciət edib.

“Doğru.az” PostNews.Az-a istinadən xəbər verir ki, C.Quliyev 2021-ci il 16 iyun tarixində “Bank BTB” ASC-yə yaxın olan “BTB Leasing” ASC-nin İdarə Heyətinin sədri Cavid Zeynalov tərəfindən verilən sifarişlə Bakı şəhəri, Səbail RPİ-nin 9-cu Polis Bölməsi rəisi və rəis müvaini tərəfindən həbs olunduğunu iddia edib:

“2020-ci mayın 15-də Cavid Zeynalov lizinq yolu ilə “Audi S5” markalı avtomobili hüquqşünas Ceyhun Əlizadə ilə əlbir olaraq, məni aldadaraq əlimdən almışdılar. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdim, nəticədə Ceyhun Əlizadə həbs olunub. Onu da qeyd edim ki, həmin lizinq şirkəti tərəfindən bir neçə şəxslərə qarşı eyni hadisə törədilib. Məhz bu hadisəyə görə adıçəkilən şəxslər mənə qarşı sosial şəbəbkələr üzərindən davamlı olaraq qarayaxma kampaniyası aparmaqda davam edirlər.

Bu il 16 iyun tarixində Cavid Zeynalov tərəfindən verilən sifarişlə Bakı şəhəri, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin rəisi İlqar Qafarov və rəis müavini Müşviq Gözəlov tərəfindən 10 gün inzibati həbsdə olmuşam. Buna səbəb Cavid Zeynalov və onun hüquqşünası Ceyhun Əlizadə (hazırda həbsdədir) barəsində düzgün məlumat verməyim olub. İlqar Qafarov məni döyərək məcbur edib ki, sosial şəbəkələrdə səs (audio) yollayım ki, bu insanlar yaxşı işçi olublar.

Hazırda isə qeyd etdiyimi kimi, Cavid Zeynalov ilə lizinq avtomobillərin alqı-satqısı ilə məşğul olan fiziki şəxs Vüqar Məlikov sosial şəbəkələrdə, xüsusilə “İnstaqram” sosial şəbəkəsində yaradılan bir neçə reket tipli səhifələrdə haqqımda dezinformasiya yayaraq, mənim şərəf və ləyaqətimi alçaldaraq, işgüzar nüfuzumu ləkələyirlər.

Məsələ ilə bağlı cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya və hüquq mühafizə orqanlarına mürciət edərək, xahiş edirəm ki, Cavid Zeynalov, Vüqar Məlikov və İlqar Qafarov, o cümlədən, sosial şəbəkələrdə yaradılan bir neçə reket tipli səhifələr ilə bağlı ölçü götürülsün.”

Doğru.az sahibkar Cəmil Quliyevin video müraciətini təqdim edir.

DOĞRU.AZ

 

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki