image-n1karobka_ads
image-123
image-17621674231984723563_1200x630backend

İşğaldan azad edilmiş ərazilərdə 7 min hektardan çox sahə minalardan təmizlənib

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən oktyabr ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan Doğru.az-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 406, tankəleyhinə 364 mina və 12 min 298 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 7022,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki