Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) avqust ayında işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarının nəticələrini açıqlayıb.
Doğru.az xəbər verir ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində 565 piyada və 141 tank əleyhinə mina, eləcə də 2 628 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən ay ərzində 6 481,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. ANAMA-nın məlumatına görə, əməliyyatlar davam edir və ərazilərin tam təhlükəsizliyi təmin olunana qədər minatəmizləmə işləri davam etdiriləcək.
DOĞRU.AZ