İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə üzərindən dələduzluq edən şəxs – 40 yaşlı Vilyam Məmmədov saxlanılıb.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.
Araşdırmalar zamanı məlum olub ki, Vilyam Məmmədov “TikTok” sosial şəbəkəsində özünü tikinti materiallarının satışı ilə məşğul olan şəxs kimi təqdim edərək vətəndaşların etibarını qazanıb və pul vəsaitlərini ələ keçirib. O, əvvəllər də bu cür əməllərə görə məhkum olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
DOĞRU.AZ