image-2000x150px
image-tren-690x450backend

 İspaniyada iki qatarın toqquşması nəticəsində 155 nəfər yaralanıb

image-728x90px

İspaniyanın şərqindəki Barselona şəhərində qatar stansiyasında iki şəhərətrafı qatarın toqquşması nəticəsində 155 nəfərin yüngül xəsarət aldığı bildirilib.

Kataloniya Fövqəladə Xidmət Sisteminin verdiyi məlumatda yerli vaxtla saat 07:50-də (yerli vaxtla 09:50) Montcada Reixac stansiyasında eyni istiqamətdə hərəkət edən iki qatarın toqquşduğu, 155 nəfərin yüngül xəsarət aldığı açıqlanıb.

Bildirilib ki, hadisə ilə əlaqədar Mülki Müdafiə Agentliyinin vağzalda həyəcan siqnalı verdiyi əraziyə çoxlu sayda təcili tibbi yardım maşını göndərilib, xəsarət alanların əksəriyyətinə ambulator müalicə aparılıb, 3 nəfər isə xəstəxanaya göndərilib.

Qeyd edilib ki, qatarlarda olan bütün sərnişinlər çıxarılıb, qəza sərnişinlərdə təşviş yaradıb.

Qəzaya görə R4, R7, R12 şəhərətrafı qatar xətlərində nəqliyyatın bir müddətlik dayandırıldığı paylaşılıb.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ