image-2000x150px
image-123
image-ads_atlas
image-idbackend

İsrail İrana xəbərdarlıq edib

image-728x90px

İran humanitar yardım adı altında Suriyaya hərbi texnika və silah-sursat göndərsə, İsrail buna çox sərt cavab verəcək.

Bu barədə İsrailin hərbi mənbələri bildirib.

Qeyd olunub ki, əgər İran Suriyaya xilasetmə əməliyyatı adı altında hansısa hərbi yük göndərərsə, İsrail tərəddüd etmədən həmin karvana hücum edəcək.

Bildirilib ki, İranın Bəşşar Əsəd rejimi və Livandakı “Hizbullah”a vəziyyətdən istifadə edərək hərbi texnika və silah-sursat göndərməyi planlaşdırdığına dair məlumatlar var.

İsrail mənbələrinin informasiyasına görə, İran Suriyaya humanitar yardım adı altında artıq bir neçə yük təyyarəsi göndərib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki