image-n1karobka_ads
image-123
image-f3c2d3f089_iran1backend

İsrail İranın nüvə obyektlərinə hücumları istisna etmir

İsrail ABŞ prezidenti Donald Trampın bu məsələdə mövqeyinə baxmayaraq, İranın nüvə obyektlərinə hücumun mümkünlüyünü istisna etmir.

Reuters mənbələrə istinadən yazır: “Prezident Donald Trampın ABŞ-ın hazırda belə bir addımı dəstəkləməyə hazır olmadığını deməsinə baxmayaraq, İsrail yaxın aylarda İranın nüvə obyektlərinə hücumu istisna etməyib”.

The New York Times qəzetinin yazdığına görə , İsrail may ayında İranın nüvə obyektlərinə hücum etməyi planlaşdırıb.

Ağ Ev daha əvvəl bəyan etmişdi ki, Tramp İranla dialoqa sadiqdir.

İran da öz növbəsində bir sıra şərtlər daxilində ABŞ-la saziş üzrə dialoqa hazır olduğunu açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki