image-n1karobka_ads
image-123
image-humanitar_yardimbackend

İsrail ordusu Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etdi

image-ad_qayo_720x110px

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının sakinlərinə humanitar yardımın çatdırılmasını yenidən bərpa etdiyini açıqlayıb.

Doğru.az xəbər verir ki, ordunun mətbuat xidməti Telegram kanalında yayılan məlumatda humanitar yardımın havadan enişinin axşam saatlarından etibarən təmin ediləcəyi bildirilib.

BMT qüvvələri tərəfindən ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin yaradıldığı qeyd olunub. İsrail ordusu zolağın sıx məskunlaşdığı ərazilərdə humanitar fasilələr verməyə hazır olduğunu vurğulayıb.

Bundan əvvəl isə Böyük Britaniya Qəzza zolağına havadan humanitar yardım göndərməyi planlaşdırdığı barədə məlumat verilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki