İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, İsrail aclığın qarşısını almaq üçün Qəzza zolağına “əsas miqdarda” ərzaq idxalına icazə verəcək.
“İsrail Müdafiə Qüvvələrinin tövsiyəsi və HƏMAS-ı məğlub etmək üçün intensiv hərbi əməliyyatların genişləndirilməsinin təcili ehtiyacı ilə əlaqədar olaraq, İsrail Qəzza zolağında aclıq böhranının yaranmasının qarşısını almaq üçün əhalini əsas miqdarda ərzaqla təmin edəcək”, – bəyanatından sitat gətirir.
Bundan əvvəl İsrail ordusu Qəzza zolağının şimalında və cənubunda genişmiqyaslı quru əməliyyatına başladığını elan edib.
Briqada generalı Efi Defrin bildirib ki, İsrail ərazini bölmək və sakinləri təhlükəsiz ərazilərə köçürməyi planlaşdırır.