image-2000x150px
image-123
image-ads_atlas
image-6078801-1backend

İsraildə ən böyük bayram karnavalı keçirildi – VİDEO

image-728x90px

Çərşənbə axşamı Tel-Əviv yaxınlığındakı Holon şəhərində yəhudilərin bu günlərdə qeyd olunan Purim bayramı ilə əlaqədar keçirilən karnaval yürüşündə on minlərlə israilli iştirak edib.

Holon Karnavalı İsrailin ən böyük Purim festivalı hesab olunur və 2019-cu ildən bəri ilk dəfə keçirilir. Pandemiya səbəbindən tədbir üç ildir ki, təxirə salınıb.

Təşkilatçıların sözlərinə görə, tamaşaya baxmaq üçün ümumilikdə 100 min seyirçi toplaşıb. Karnavalda akrobatlar, gimnastlar, sirk ifaçıları çıxış ediblər. Onların arasında yerli kollektivlərdən başqa, İspaniya və İtaliyadan gələn qonaqlar da olub. Karnaval çərçivəsində əfsanə qəhrəmanlarını əks etdirən nəhəng personajlar da Holon küçələrini bəzəyiblər.

Qeyd edək ki, ilk belə bayram yürüşü 1912-ci ildə baş tutub. Purim İbrani təqvimi üzrə Adar ayının 14-cü günündə qeyd olunur. Bu il həmin tarix martın 6-dan 7-nə keçən gecəyə təsadüf edib. Bayram Fars İmperiyası ərazisində yaşayan yəhudilərin kütləvi qırğından xilas olduğu uzaq dövrlərin xatirəsini əks etdirir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki