İsrailin bir neçə şəhərində hökumət əleyhinə etiraz aksiyaları keçirilir.
Doğru.az xəbər verir ki, bu barədə Haaretz qəzeti məlumat yayıb.
Əsas nümayiş Təl-Əviv şəhərində baş tutub. Etirazçılar xüsusilə Baş nazir Binyamin Netanyahunun siyasətinə qarşı şüarlar səsləndiriblər.
Məlumata görə, aksiyalar təkcə paytaxtla məhdudlaşmayıb. Qüds, Beer-Şeva və minlərlə insanın toplandığı Hayfa şəhərində də hökumət əleyhinə mitinqlər keçirilib.
Bildirilib ki, aprelin 18-də minlərlə israilli Təl-Əvivin mərkəzində təşkil olunan genişmiqyaslı etiraz aksiyasına qatılıb.
DOĞRU.AZ

























