image-2000x150px
image-123
image-ads_atlas
image-fotojetbackend

İsrailin Müdafiə naziri: “Növbəti müharibəmiz böyük olacaq”

image-728x90px

İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib ki, ölkəsi üçün “məhdud müharibə dövrü” başa çatır.

“Növbəti müharibədə biz bütün cəbhələrdə – şimalda, cənubda və Fələstində düşmənlərin birgə səyləri ilə qarşılaşmalı olacağıq. Onları birləşdirən qüvvə isə güclənən və inamını artıran İrandır”, – deyə o vurğulayıb.

Müdafiə nazirinin sözlərinə görə, “Hizbullah”, “Həmas” və “İslami Cihad”ın İrandan aldıqları maliyyənin məbləğini müvafiq olaraq 700 milyon, 100 milyon və on milyonlarla dollardır.

“Bu məbləğlər İranın Suriyanın Bəşər Əsəd rejiminin gücləndirilməsinə yatırdığı sərmayə ilə müqayisədə xeyli azdır. Burada söhbət milyardlarla dollardan gedir”, – Qalant əlavə edib.

Müdafiə naziri “Suriyanın ikinci Livan olmasına icazə verməyəcəyik” desə də, bunun necə əldə ediləcəyini açıqlamayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki