image-n1karobka_ads
image-123
image-669bf711e3547669bf711e35481721497361669bf711e3545669bf711e3546backend

İsrailin zərbələrindən sonra Livanın cənubunda silsilə partlayışlar baş verib

İsrail hava qüvvələrinin Adlyun kəndi və ona bitişik ərazilərdəki sursat anbarına endirdiyi zərbələrdən sonra Livanın cənubunda partlayış səsləri eşidilib.

Livanın NNA xəbər agentliyinin məlumatına görə , hücum nəticəsində üç yerli sakin yüngül xəsarət alıb.

“Adlyun kəndinə basqının məqsədi silah-sursat anbarı olub. Hücum zamanı zərbələr digər ərazilərə də, xüsusən də Xaraib kəndində endirilib…”, – nəşr yazır.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Blida və Teir Harfa bölgələrində Hizbullahın silah anbarlarına hücum etdiyi bildirilirdi .

Mənbə NNA

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki