Zəlzələdən sonra İstanbuldan çıxarkən yolda tıxac yaranıb. Şəhəri tərk etmək istəyənlər tıxacda qalıblar.
Kp.ru xəbər verir ki , çoxları “dəhşətli xaosun” hökm sürdüyü İstanbulu tərk etməyə çalışır. Bəziləri isə maşınlarında gecələmək niyyətindədir.
“Kimsə axşam gec saatlara qədər çöldə qalmağı və heç nə olmadıqda evə qayıtmağı düşünür” deyə nəşr yazır.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən zəlzələdən sonra problemli vəziyyətin olmadığını bildirib.
DOĞRU.AZ