“Coop” kooperativlər qrupuna daxil olan İtaliyanın “Coop Alleanza 3.0” şəbəkəsinin supermarketlərinin rəflərindən İsrail malları yoxa çıxıb.
RİA Novosti xəbər verir ki , brend İsrail mənşəli məhsulları piştaxtalardan yığışdırmaq qərarını fələstinlilərlə həmrəyliklə izah edib.
Qeyd olunur ki, fıstıq markaları, küncüt pastası tahini və sifon istehsalçısının brendi altında olan məhsullar piştaxtalardan yığışdırılacaq. Bundan əlavə, fələstinlilərə dəstək əlaməti olaraq “Gazza Cola” sodası çeşidə daxil edilib.
Bundan əvvəl İtaliyanın İsrailə silah ixracına qarşı ən sərt sanksiyaları tətbiq etmək qərarına gəldiyi bildirilib.
DOĞRU.AZ