image-ads_n1karobka_mobile
image-1405405-1backend

İtkin düşən zabitimizin şəhid xəbəri gəldi

image-add-a-heading

Vətən Müharibəsində itkin düşın daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Doğru.az xəbər verir ki, sonuncu dəfə ailəsi ilə oktyabrın 3-də əlaqə saxlayan leytenant Yusifov Əli Sülhəddin oğlunun nəşi bu gün aşkarlanıb.

1997-ci il təvəllüdlü şəhidimiz Şərur  rayonunun Oğuz  kəndindəndir. Evin tək oğlu olan şəhidimiz nişanlı idi.

Şəhidin nəşi sabah Naxçıvan  Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndinə yola salınacaq və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki