image-2000x150px
image-123
image-ads_atlas
image-rian_1273970-hr-pic_32ratio_900x600-900x600-63284backend

İyunun 1-də Kiyevdə atışmalara görə bütün tədbirlər ləğv edilib

image-728x90px

Kiyev meri Vitali Kliçko gecə atışmalarına görə iyunun 1-də Uşaqların Müdafiəsi Günü ilə bağlı şəhərdə keçirilən bütün tədbirləri ləğv edib.

O, bu barədə Telegram kanalında məlumat verib.

“Uşaqların Müdafiəsi Günü üçün şəhərin rayonlarında nəzərdə tutulan bütün tədbirlər ləğv edilib”, – mer yazıb.

Kliçkonun sözlərinə görə, Ukrayna paytaxtına gecə hücumları nəticəsində 1-i uşaq olmaqla 3 nəfər həlak olub. 16 nəfər xəsarət alıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib, bir nəfərin vəziyyəti ağırdır.

Bundan əvvəl Kiyev və Ukraynanın digər vilayətlərində hava xəbərdarlığının elan edildiyi bildirilib.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki