image-n1karobka_ads
image-123
image-17542983235667849601_1200x630backend

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirilib

image-ad_qayo_720x110px

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı təşkil edib.

Doğru.az xəbər verir ki, imtahanda III ixtisas qrupu üzrə test imtahanında müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul üçün onlayn anket dolduraraq qeydiyyatdan keçən abituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda, həmçinin Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan və Xaçmazda yerləşən regional bölmələrdə keçirilib.

Bu mərhələdə ümumilikdə 1071 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahan başlamazdan əvvəl DİM-in əməkdaşları, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Mətbuat Şurası və media nümayəndələrinin iştirakı ilə 250-dən çox mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə göndərilib. Abituriyentlər təqdim olunan mövzulardan biri üzrə inşa (esse) yazıblar.

İmtahan nəticələri yazı işlərinin yoxlanılmasından sonra 4-5 gün ərzində elan olunacaq. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistikanı ərizələrində qeyd edə biləcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki