image-n1karobka_ads
image-123
image-17483419692555428790_1200x630backend

Jurnalistlər ANAMA-nın təlimlərində iştirak ediblər

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və minatəmizləmə fəaliyyətinə cəlb olunmuş yerli şirkətlərin şəxsi heyətinə “Humanitar minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” üzrə nəzəri və praktiki dərsləri əhatə edən təlimlər keçirilir.

Doğru.az xəbər verir ki, təlimlərin gedişatı, ictimaiyyətin bu sahədə məlumatlandırılması və fəaliyyətin işıqlandırılması məqsədilə ANAMA tərəfindən növbəti mediatur təşkil edilib.

Agentliyin Göygöl Regional Təlim Mərkəzində keçirilən təlimlərdə humanitar minatəmizləmə əməliyyatlarında sahənin işarələnməsi, texniki təhlükəsizlik qaydaları, minaaxtaranların vəzifə borcları, mina və partlamamış hərbi sursatların tanınması, əməliyyatlarda tətbiq edilən minaaxtarma cihazları və əl alətlərindən istifadə qaydaları, eləcə də döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, ərazinin yerüstü və cihazla yeraltı axtarılmasına dair biliklər aşılanır.

Sahədə baş verə biləcək bədbəxt hadisə zamanı zəruri ilk tibbi yardım vərdişlərinin formalaşdırılması məqsədilə sonda müdavimlərə “İlk tibbi yardım” təlimləri keçirilir.

Kursları bitirib, imtahanlardan müvəffəqiyyətlə keçən müdavimlər işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə icra edilən minatəmizləmə əməliyyatlarına öz töhfələrini verəcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki