Olimpiya çempionu, Dövlət Dumasının deputatı Svetlana Jurova Vaşinqtonun kapitanı Aleksandr Oveçkinin Rusiyada media ilə ünsiyyətinə qadağa qoyulması barədə yayılan məlumatlara münasibət bildirib.
Doğru.az xəbər verir ki, Jurova məsələyə belə aydınlıq gətirib: “Ola bilsin ki, Oveçkinin özü müsahibəsiz dincəlmək istəyir. Qlobal miqyasda dəhşətli heç nə baş verməyib. Biz siyasətçilər müəyyən xəbərləri şərh edirik – bu bizim peşəmizdir. Saşanın peşəsi isə xokkeyi yaxşı oynamaqdır. Ona görə də o, istirahəti və mövsümə hazırlığı üçün vaxt ayırırsa, bu, onun müsahibə verməməsi ilə bağlıdır, yoxsa Rusiyanı sevməməsi ilə yox. Heç kim onu buna məcbur etməyib”.
Qeyd edək ki, 2025-ci ilin aprelində Aleksandr Oveçkin NHL tarixində əfsanəvi kanadalı Ueyn Qretzkinin qol rekordunu qıraraq 897-ci qoluna imza atıb. Qretzkinin rekordu isə 26 il davam etmişdi.
Xatırladaq ki, daha əvvəl Leqkov bildirmişdi: “Oveçkin kimi idmançılar 100 ildə bir dəfə doğulur”.
DOĞRU.AZ