image-2000x150px
image-123
image-ads_atlas
image-321618166_5873703949361488_8048374484962535031_nbackend

Kaliforniyada daşqınlar onlarla can aldı

image-728x90px

ABŞ-nin Kaliforniya ştatında daşqın və tufanlar nəticəsində 20 nəfər həlak olub.

Kaliforniya qubernatoru Qevin Nyusom bildirib ki, dekabrın 26-dan ştatı vuran leysan yağışları azı 20 nəfərin ölümünə səbəb olub və on minlərlə insan hələ də təxliyə edilir.

ABŞ prezidenti Co Bayden xilasedicilərlə görüşmək və “hansı əlavə federal dəstəyə ehtiyac olduğunu qiymətləndirmək” üçün yanvarın 19-da ştata səfər edəcək.

Yanvarın 15-də Ağ Ev Kaliforniyanın fırtınalar, daşqınlar və sürüşmələrdən zərər çəkmiş ərazilərinə federal yardımın ayrıldığını elan edib.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki