Magna International-ın keçmiş baş direktoru Frank Stronach saxlanıldığı Kanadada zorlamada günahlandırılıb. Bu barədə yerli polisə istinadən CBC News kanalı məlumat yayıb.
“Kanadalı iş adamı Frank Stronach saxlanılıb və ona qarşı cinsi zorakılıq istintaqı çərçivəsində ittiham irəli sürülüb… Stronach avtomobil hissələri şirkəti Magna International-ın qurucusu və keçmiş baş direktoru, keçmiş parlament üzvü Belinda Stronachın atasıdır”, – Kanada polisi bildirib.
İstintaq iddia edir ki, Stronach 1980-2023-cü illər arasında bir neçə zorlama hərəkəti edib. Frank Stronachın indi 91 yaşı var. Bizneslə yanaşı, Stronach siyasətlə də fəal məşğul olub – 2012-ci ildə Avstriyada Team Stronach siyasi partiyasını yaradıb.
Mənbə: CBC News