image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1626798074043backend

Kapital bank Müqeddəs Bayramda camaatı çöllərə saldı

image-728x90px

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış massivində orta hesabla 3 min ailə yaşayır. Minimum 3 nəfərdən hesablasaq 10 min sakin edir.

10 min sakini bayram günlərində küçələrə salan Kapital Bank rəhbərliyinə ayıb olsun deyirik. 3 gündür bu qədər əhaliyə xidmət göstərən yeganə bankomat işləmir. Ən yaxın bankomat isə təxminən 5-7 kilometr məsafədədir. Nəqliyyat işləmədiyi üçün millət qalıb küçələrdə. Hər dəfə xarab olur, hər dəfə pul bitəndə hökmən biz şirkətə teleqram vurmalıyıq ki, gəlib baxsınlar.

Bu qədər məsuliyyətsiz bir bankın müştərisi olduğumuz üçün də ayrıca utanırıq. Başqa çarəmiz də yoxdur. 21-ci əsrdə bu bank xalqa operativ xidmət göstərə bilmirsə ən qısa zamanda bu bankla əlaqələri kəsmək daha yaxşıdır.

Dünya artıq elektron ödəməyə keçib, biz hələ də nağd ödəmə edirik. Bu da ayrı bir dərddir.

196 qaynar xəttə zəng edirik, operatorla əlaqə saxlamaq üçün müvafiq düymə yoxdur. Ancaq Allaha xatir hansısa düyməni basıb dua etmək lazımdır ki, operatora düşsün, biz şikayətimizi, dərdimizi deyək. Gərək 60-70 qəpiyimizi yesinlər ki, ondan sonra operatora düşə bilək.

Ayıb olsun, ayıb olsun! Bayramımızı evimizdə normal keçirtməyə də inkan vermitsiniz.

20-30 manat pul çıxartmaq üçün gərək 8 manat taksiyə verib ən yaxın bankomata gedək. Utanın verdiyiniz keyfiyyətsiz xidmətdən!!!

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki