Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lerik rayonundan olan kapitan Nəcəfov Nahid Səfərəli oğlu “Döyüşdə fərqlənməyə görə medal”, “Cəbrayılın azad olunmasına görə medal”, “Fizulinin azad olunmasına görə medal”, “Xocavəndin azad olunmasına görə medal” və “Zəngilanın azad olunmasına görə medal” ilə təltif edilmişdir.
Doğru.az xəbər verir ki, qəhrəman əsgərimiz Lerik rayon Millət vəkili İqbal Məmmədovun yaxın qohumudur. Tanrıdan Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət diləyirik. Dövlətimiz var olsun!
Qarabağ Azərbaycadır!































