Karantini pozan 104 nəfər cərimələnibbackend

Karantini pozan 104 nəfər cərimələnib

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi Şirvan şəhərinin giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar aparılması davam edir.

Doğru.az APA-ya istinadən xəbər verir ki, bu məqsədlə Şirvan şəhərinin giriş və çıxışlarında 3 stasionar post quraşdırılıb.  Həmin stasionar postlarda 2020-ci il  dekabrın 14-dən bu günə kimi 6989 avtomobil yoxlanılıb, postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 853 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.
Eləcə də qeyd olunan şəhər üzrə yaradılmış PPX birgə qrupları tərəfindən yoxlanılan 1239 nəfərdən karantin rejimi qaydalarını pozan 104 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokollar yazılaraq cərimələr tətbiq olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki