image-n1karobka_ads
image-123
image-677a5f9cae5ac9453829fcc4backend

Kareliyada turist avtobusu qəzaya düşüb

image-ad_qayo_720x110px

Kareliya Respublikasının Pitkyaranta rayonunda turist avtobusu ilə qəza baş verib.

Bu barədə regional səhiyyə naziri Mixail Oxlopkov VKontakte sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

İlkin məlumata görə, Lyaskelya kəndi yaxınlığındakı yolda baş verən qəzada 5 nəfər xəsarət alıb. Qəza yerində Pitkyarantadan üç təcili yardım briqadası və Sortavala mərkəzi regional xəstəxanasından iki qrup işləyir.

“Zərərçəkənlərə bütün lazımi yardımlar göstərilir”, – Oxlopkov bildirib.

O əlavə edib ki, hazırda zərərçəkənlərin sayı müəyyənləşdirilir, vəziyyət nəzarət altındadır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki