image-2000x150px
image-123
image-ads_atlas
image-1419184backend

Kəlbəcərdə çörək bişirmə sexi açılıb – FOTO

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə hərbi şəhərciklərin və digər hərbi struktur obyektlərinin kompleks şəkildə inşa edilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində aparılan işlər davam etdirilir.

Bu barədə Doğru.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçuların qida təminatının daha da yaxşılaşdırılması məqsədilə Kəlbəcər  şəhərində çörək bişirmə sexinin açılışı olub.

Açılış mərasimində Müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları Komandanı general-mayor Ənvər Əfəndiyev iştirak ediblər.

Məruzə olunub ki, Kəlbəcər rayonunda xidmət edən hərbi qulluqçuların isti çörəklə vaxtında təmin edilməsi məqsədilə inşa edilən sex müasir avadanlıq və inventarlarla təchiz olunub. Çörək sexinə zəruri kommunikasiya xətləri çəkilib, fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generator quraşdırılıb.

Sexdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqları komandanlığa çatdırılıb.

DOĞRU.AZ

image-1419184_1 image-1419184_0

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki