Kəlbəcərdə hərbi yük avtomobili minaya düşdü – 4 hərbçimiz xəsarət aldı
Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığını yerinə yetirən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.
Doğru.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat verib.
Bildirilib ki, baş vermiş partlayış nəticəsində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusu xəsarət alıb və dərhal yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Həkimlərin sözlərinə görə, onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ