image-2000x150px
image-123
image-ads_atlas
image-64122402_605backend

Kemeron “Avatar: Su yolu”ndan hansı səhnələri kəsmək məcburiyyətində qaldığından danışdı – FOTO/VİDEO

image-728x90px

“Avatar: Su yolu” filminin 10 dəqiqəlik hissəsi kəsilib.

Bu barədə rejissor Ceyms Kemeron “Esquire Middle East”ə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, layihədə silahla bağlı bir neçə səhnə olub. Ancaq ABŞ-də silahlarla bağlı problemlərə görə, həmçinin zorakılığı təbliğ etməmək üçün bir neçə səhnəni kəsmək məcburiyyətində qalıb.

“Mən gözəllik, aydınlanma, filmin mənəvi aspekti və hadisələr arasında tarazlıq tapmaq istədim, ancaq hiss etdim ki, onu çox tutqun eləmişəm. Bizim cəmiyyətdə silahla bağlı baş verənlər mənim ürəyimi bulandırır”, – deyə rejissor bildirib.

Qeyd edək ki, elmi-fantastik filmin ilk hissəsi 2009-cu ildə nümayiş olunub. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələri, Na’vi aləminə xətərli müdaxilə barədədir. Üç “Oskar” və bir “Qızıl Qlobus” mükafatını almış “Avatar” dünyanın ən gəlirli filmi olub.

Filmin davamı birinci hissədəki hadisələrdən on il sonra baş verənləri və Sallinin ailəsindən bəhs edir. Hekayəyə görə, əsgər Ceyk Salli avatara çevrildikdən sonra Na’vi xalqının lideri olur və yeni dostlarını Yerdən gələn muzdlu iş adamlarından qorumaq missiyasını üzərinə götürür. “Avatar: Su yolu” filmi isə hazırda “Ən yaxşı dram filmi” nominasiyası üzrə “Qızıl Qlobus” film mükafatına namizəddir.

 DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki