image-n1karobka_ads
image-123
image-img-20250815-wa0069backend

Kiçik Büdcə ilə Böyük İdeyalar – Məhkum Qadınların Sahibkarlığa İlk Addımları

image-ad_qayo_720x110px

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəzaçəkmə müəssisələrində kütləvi mədəni tədbirlərin təşkili” layihəsini davam etdirir. Layihənin məqsədi həbsdən azad olunmuş qadınların cəmiyyətə reinteqrasiyasını və iqtisadi güclənməsini təmin etməkdir.

Növbəti təlim “Kiçik büdcə ilə kreativ ideyaları reallaşdırmaq və onları biznesə çevirmək” mövzusunda keçirilib. Təlimçi Rəvan Cəfərli iştirakçılara minimum maliyyə ilə maksimum nəticə əldə etməyin yollarını, bazar araşdırması, hədəf auditoriyanın seçimi, sosial medianın effektiv istifadəsi və yaradıcı paketləşdirmə strategiyaları barədə praktiki nümunələrlə məlumat verib.

Layihə həssas qruplara sahibkarlığa başlamaq üçün real imkanlar yaradır və onların müstəqil iqtisadi fəaliyyətinə dəstək verir.

DOĞRU.AZ

image-img-20250815-wa0070image-img-20250815-wa0073 image-img-20250815-wa0067 image-img-20250815-wa0071image-img-20250815-wa0066

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki