image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-19t113414-357backend

Kilsəyə ibadətə gələn kişi tikiliyə od vurdu 

image-728x90px

Rusiyanın paytaxtı Moskvada Müqəddəs İoann Kronştad kilsəsinə ibadətə gələn kişi kilsənin məktəbini yandırıb.

Hadisə kilsənin qapıları ziyarətçilərin üzünə bağlandıqdan sonra, gecə saatlarında baş verib.

Kilsənin mühafizəçisi binanın pəncərələrindən tüstü çıxdığını görüb.

Alovun qarşısını almağa çalışan mühafizəçi binanın daxildə bir nəfər kişinin olduğunu aşkar edib.

Hadisə yerinə gələn polis əməkdaşları həmən şəxsi həbs ediblər. O ilkin ifadəsində bildirib ki, o, tikiliyə kimyəvi həlledici ilə (rastvoritel) daxil olub və ehtiyatsızlıqdan məhlul yerə dağılıb və yanğın baş verib.

Kilsənin rahibi saxlanılan şəxsi dəfələrlə ibadətdə gördüyünü təsdiqləsə də, onu binaya buraxmadığını iddia edib.

Zərərçəkmiş xəstəxanaya göndərilib. Hüquq-mühafizə orqanları insidentin digər təfərrüatını araşdırır.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki