image-n1karobka_ads
image-123
image-68ba16eaae5ac96bab3b2c72backend

Kim Çen In: Çin qlobal sülhün qorunmasında qətiyyətini göstərdi

image-ad_qayo_720x110px

Şimali Koreya lideri Kim Çen In Çin prezidenti Si Cinpinlə görüşdə qeyd edib ki, İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı keçirilən bayramlar Çinin beynəlxalq məsələlərdə təsir gücünü nümayiş etdirib.

Doğru.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi Kimdən belə sitat gətirib: “Bu hadisələr Çinin qlobal sülhü qorumaq üçün sarsılmaz qətiyyətini nümayiş etdirdi və onun mühüm beynəlxalq statusunu və təsirini əyani şəkildə göstərdi”.

Si Cinpin isə öz növbəsində vurğulayıb ki, Çin KXDR ilə yüksək səviyyəli əlaqələri gücləndirməyə hazırdır.

Xatırladaq ki, CNN daha əvvəl yazmışdı: Çin, Rusiya və Şimali Koreya liderlərinin Pekində qırmızı xalçada birgə çıxışı Qərbə qarşı birliyin güclü vizual nümayişi olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki