Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Şimali Koreyanın ilk hərbi kəşfiyyat peykinin orbitə buraxılmasına hazırlaşan komitənin işi ilə şəxsən tanış olub.
Kim Çen In komitənin iş şəraitini ətraflı öyrənib və peykin özünü də araşdırıb.
O, mühüm hərbi layihənin həyata keçirilməsi prosesində komitənin üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsini yüksək qiymətləndirib.
Mənbə: TASS

























