image-n1karobka_ads
image-123
image-rian_6405702-hr-pic_32ratio_1200x800-1200x800-59142backend

Kişinyovun girişində nümayişçilərlə müxalifətçilər arasında toqquşma olub

Kişinyovun girişində iqtidaryönlü mitinq iştirakçıları ilə müxalifətçilər arasında toqquşma olub.

Bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, toqquşma hakimiyyətin təşkil etdiyi Avropa Moldova mitinqinin iştirakçıları ilə “Haiduki” müxalifət hərəkatının tərəfdarları arasında baş verib. Qarşıdurma polis tərəfindən dayandırılıb.

“Biz müxtəlif nöqteyi-nəzərdən insanların rayonlardan gələn yüzlərlə avtobusda toplaşdığı mitinqdə iştirak etməyə imkan verməyən hakimiyyətin mövqeyinə qarşı piket təşkil etdik”, – deyə Adrian Domintiuk bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki