image-ads_n1karobka_mobile
image-upload-depositphotos_48329063_xl-2015-pic905-895x505-83793backend

Kissincer: Yaponiya beş ildən sonra nüvə dövlətinə çevrilə bilər

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Yaponiyanın beş ildən sonra nüvə dövlətinə çevrilə biləcəyi qənaətindədir.

O, bu barədə Britaniyanın “The Economist” qəzetinə müsahibəsində bildirib.

Kissincer hesab edir ki, Tokionun hansı istiqamətdə hərəkət etdiyi barədə dəqiq fikir var. Beş ildən sonra Yaponiya nüvə dövlətinə çevriləcək.

Kissincer qeyd edib ki, yaponlar həmişə ABŞ-ın yanında olmaq istəsələr də, bununla belə, Tokionun Vaşinqton üçün sərfəli olmayan elə sövdələşmələr bağlayacağı istisna edilmir.

Mənbə: BBC


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki