image-n1karobka_ads
image-123
image-67bd8eaa02e8bd24e10ac502backend

Kobaxidze Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək qərarını tarixi adlandırıb

image-ad_qayo_720x110px

Gürcüstan hakimiyyətinin Rusiyaya qarşı 2022-ci ildə qəbul etdiyi sanksiyaları tətbiq etməmək qərarı tarixidir.

Bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, o, zaman Gürcüstanda vəziyyəti gərginləşdirməyə birbaşa cəhd edilib. Onun məqsədi respublikanı Ukraynadakı münaqişəyə cəlb etmək idi.

“Bu, Gürcüstanın keçmiş baş naziri  İrakli Qaribaşvilinin verdiyi tarixi qərar və bəyanat idi “,– Kobaxidze bildirib.

Bundan əvvəl “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze bəyan etmişdi ki, Qərb Gürcüstandan Rusiyaya qarşı ikinci cəbhə açmağı tələb edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki