Fəaliyyət göstərdiyi ötən illər ərzində Konstitusiya Məhkəməsinin Plenumu ümumilikdə 604 qərar və 182 qərardad qəbul edib.
Bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətilə yazdığı məqalədə bildirib.
Fərhad Abdullayev əlavə edib ki, bu qərar və qərardadlarda formalaşdırılan hüquqi mövqelər dövlətin Əsas Qanununun aliliyinin təmin olunmasına, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir.
DOĞRU.AZ




























