image-n1karobka_ads
image-123
image-17447254783668623104_1200x630backend

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

image-ad_qayo_720x110px

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 455.0.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 8-nə təyin edilmiş iclasında baxılacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki